İDMAN
Yeniyetmə cüdoçuların Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 16 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini müəyyənləşdiriblər.
Yarışın sonuncu günündə Qədir Hüseynov (55 kq), Etibar Əlihümbətov (60 kq), Nahid İsmayılov (73 kq), Yalçın Əliağayev (90 kq-dan yuxarı), Fəridə İskəndərova (44 kq), Fidan Əlizadə (57 kq) və Nərmin Əmirli (70 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.
Yarışda 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparıb. Yarışda fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak edəcəklər.