İDMAN


Yeniyetmə cüdoçumuz Avropa çempionatının ikinci günündə bürünc medal qazanıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə - sentyabrın 14-də Azərbaycan millisi 1 medal qazanıb.

Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Murad Fətiyev çempionatın bürünc medalına sahib olub.

Turnirin ilk günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.