İDMAN


Yeniyetmə gimnastlar arasında fərdi proqramda çoxnövçülük üzrə yarışların qalibləri müəyyənləşib

Bakı, 11 avqust, Göyçək Mahmudlu, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatında və Bakı birinciliyində yeniyetmələr (2006-2007-ci il təvəllüdlü) arasında fərdi proqramda çoxnövçülük üzrə yarışların qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu yaş kateqoriyasında fəxri kürsüdə yer alan hər üç gimnast “Ocaq Sport” klubunun təmsilçiləri olub. Belə ki, klubun yetirmələrindən Nigar Usubova birinci, Zəhra Paşayeva ikinci, Alina Gözəlova üçüncü yerdə qərarlaşıblar.

Milli Gimnastika Arenasında gənclər (2003-2005-ci il təvəllüdlü) və böyüklərin (2002-ci il təvəllüdlülər və ondan böyük) top, gürz, halqa və lentlə hərəkətlərdə mübarizəsinə start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.