DÜNYA
“Yeqipteyr”: A320 laynerinin radarlardan itməsinin səbəbləri hələlik məlum deyil VİDEO
Qahirə, 19 may, AZƏRTAC
“Yeqipteyr” aviaşirkətinin rəsmi məlumatına görə, A320 sərnişin təyyarəsinin radarlardan itməsinin səbəbləri indiyədək məlum deyil. Aviaşirkət laynerin yoxa çıxması ilə bağlı KİV-lərin daha əvvəl yaydıqları bütün məlumatları təkzib edir.
Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi bildirib ki, təyyarənin heyətindən kömək çağırışı olan heç bir məlumat daxil olmayıb. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin rəhbərliyi ilə bu ölkənin Milli Təhlükəsizlik Şurası yaxın saatlarda A320 sərnişin təyyarəsinin radardan itməsi ilə bağlı fövqəladə iclas keçirəcək.
Təyyarənin qəzaya uğradığı ehtimal edilən rayonda axtarış əməliyyatına Misir və Yunanıstana məxsus gəmi və təyyarələr cəlb olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]