CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
Bakı, 8 fevral, AZƏRTAC
Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 7-də nazirliyin Baş İctimai Təhlükəsizlik və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.