İQTİSADİYYAT
Yevlax sənaye şəhərinə çevrilir
Yevlax, 24 iyul (AZƏRTAC). Respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması Yevlax rayonunda sənayenin inkişafına şərait yaradıb.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son illərdə rayonda “Lalə-tekstil” MMC tikiş fabriki, “Dan” kərpic, “Gilan” dəri emalı, “Yevlax Qida” MMC alkoqolsuz içkilər zavodları, “Arfa” mebel fabriki, “Yevlax-Beton” ASC-nin dəmir-beton zavodu, asfalt istehsal edən zavodlar, “Karvan –K” MMC-nin konserv zavodu, “Azərtoxum” MMC toxum emalı müəssisəsi, makaron və çörək sexləri fəaliyyətə başlayıb.
Növbəti illərdə keramikadan və gipsdən müxtəlif məmulatlar (tikinti və məişət) istehsalı sahələrinin, məişət tullantıları və çörək zavodlarının yaradılması nəzərdə tutulur.