REGİONLAR
Yevlaxda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert təşkil edilib VİDEO
Yevlax, 6 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax şəhərinin mərkəzi meydanında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert təşkil edilib. Konsertdə Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri və respublikasının tanınmış müğənniləri çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin, rayonun hüquq mühafizə orqanları rəhbərlərinin, idarə, təşkilat, elm və təhsil müəssisələrinin, aqrar sektorda çalışanların, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb. Xalq artisti Samir Cəfərovun və digər incəsənət xadimlərinin iştirakı ilə 2 saata yaxın davam edən klassik konsert proqramında ifa edilən mahnılar izləyicilərin könlünü oxşayıb. Yevlaxlılar müasir Azərbaycan dövlətinin əbədiyaşar memarına, xalqımızın xilaskarına, ümummilli liderimiz Heydər Əliyevə öz sevgilərini bir daha nümayiş etdiriblər.