REGİONLAR
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb
Yevlax, 22 iyun, AZƏRTAC
23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Yevlaxda keçirilən tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyub, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan bəhs ediblər. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan çıxışçılar bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.