CƏMİYYƏT
Yevlaxda idman zalında məşq edən səkkiz nəfər cərimələnib
Bakı, 13 iyul, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının kütləvi surətdə yayılmasının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi qaydada davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq əlbəyaxa döyüş növləri üzrə məşq etdikləri müəyyən olunub. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Onlar cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]