CƏMİYYƏT


Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkar edilib

Bakı, 21 iyul, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında təşkil olunan toy mərasimlərinin iştirakçılarının “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədikləri aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranların cavabdeh şəxsləri barəsində qanuna müvafiq qaydada tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.