REGİONLAR
Yevlaxda şəhid Muxtar Şahgəldiyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
Yevlax, 8 iyul, AZƏRTAC
Yevlax rayonunun Qaraməmmədli kəndində şəhid Şahgəldiyev Muxtar Knyaz oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə iştirak edən Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri xatirə bulağının önünə gül-çiçək qoyub, şəhidin ruhuna dualar oxuyublar. Çıxış edənlər şəhid Muxtar Şahgəldiyevin qısa, lakin şərəfli həyat yolundan, onun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açıblar. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]