ELM VƏ TƏHSİL


Yosunlar beyini oksigenlə təchiz edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Münhen Lüdviq-Maksimilian Universitetindən bir qrup tədqiqatçının “iScience” jurnalında dərc etdirdiyi məqalədə yaşıl yosunların köməyilə mahmızlı qurbağa çömçəquyruğun beynini oksigenlə təchiz etməyin mümkün olduğu bildirilib. Yosunlar və sianobakteriyalar işıq enerjisinin köməyilə üzvi maddə sintez edir, yan məhsul kimi isə oksigeni ayırır. Bu oksigen kiçik amfibilərin beyninin işləməsi üçün tam yetərlidir.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, çömçəquyruqda ön ətraf yaranan kimi onun ürək kamerasına xlamidomonada yosunu və “Synechocystis” növündən sianobakteriya yerləşdirilib. Onları ürək əzələsinə deyil, məhz ürək kamerasına yerləşdiriblər ki, onlar qanla birlikdə beyin damarına düşsün (hərçənd onlar təkcə beyinə düşməyib). Mədəcikdə (onurğa beyni mayesi ilə dolu olan boşluq) oksigenin konsentrasiyasını ölçüblər. Çömçəquyruğun beynini işıqlandıranda mədəcikdə oksigenin qatılığı artıb. Əgər həmin canlıya fotosintez qabiliyyəti olmayan mutant yosun və ya bakteriya yeridilsəydi, mədəcikdə oksigenin səviyyəsi işıqlandırmadan asılı olmayaraq eyni dərəcədə qalacaqdı.

Ən başlıcası odur ki, suda oksigen az olsa belə, bakteriya-yosun oksigeni canlıda neyronların işləməsinə kömək edib. Tədqiqatçılar çömçəquyruğun ətrafında oksigenin miqdarını azaldan zaman neyronların fəaliyyəti demək olar dayanıb. Lakin beyin işıqlandırılan kimi neyronlar fəaliyyətə başlayıb: onlar işıqda fotosintez edən yosunlardan və bakteriyalardan oksigen alıb.

Mahmızlı qurbağa çömçəquyruğun əzələsi işığın beyinə keçə bilməsi üçün kifayət qədər incə və şəffafdır.

Digər onurğalılarda kəllə sümüyünün altında işıq mənbəyi yerləşdirilməyincə, bu “fokus” çətin baş tutsun. Eləcə də çömçəquyruqların immunitetində beyində və qanda olan sianobakteriya və yosunlara qarşı heç nə olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.