DÜNYA
Yunanıstanın Lesbos adasında polislə miqrantlar arasında qarşıdurma baş verib
Afina, 10 sentyabr, AZƏRTAC
Yunanıstanın Lesbos adasında polislə miqrantlar arasında qarşıdurma baş verib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, adada baş vermiş yanğın nəticəsində Moria qaçqınlar düşərgəsindən olan miqrantlar Mitilini limanı tərəfə qaçaraq adanı tərk etmək istəyiblər. Bu zaman miqrantlarla polis arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz tətbiq etməklə etirazın qarşısını almağa və iştirakçıları qanuna riayət etməyə çağırıb.
Tezliklə adaya qaçqınların yerləşdirilməsi üçün gəmilər və çadırlar gətiriləcək. Eyni zamanda, polis əməkdaşlarının sayı artırılacaq.
Qeyd edək ki, Lesbos adasında qaçqınlar düşərgəsində yanğın baş verdikdən sonra 12 min 800 miqrant təxliyə olunub. Adada fövqəladə vəziyyət elan edilib. Qaçqınlara adanı tərk etmək qəti qadağan olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]