CƏMİYYƏT


Yüz yaşlı veteran Fatma Səttarova: Azərbaycanlı olduğum üçün həmişə fəxr etmişəm

Bakı, 25 yanvar, AZƏRTAC

Mən ömrümü Vətənimə və xalqıma borcluyam. Yenə 100 il yaşasaydım, ömrümü xalqıma, Vətənimə, dövlətimə, dahi Heydər Əliyevin oğlu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edərdim. Bundan sonra da Vətənimə xidmət etməyə hazıram. Yubileyim münasibətilə keçirilən tədbirdə iştirak edənlərə mənə layiqli qiymət verdikləri üçün təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova yanvarın 25-də anadan olmasının 100 illik yubileyi münasibətilə Respublika Veteranları Təşkilatında keçirilən tədbirdə jurnalistlərə müsahibəsində bildirib.

Yubilyar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək deyib: “Tədbirdə çıxış edənlərə qulaq asdıqca keşməkeşli ömrümə, çəkdiyim əziyyətlərə, həyatımın beş ilini İkinci Dünya müharibəsində çətinliklərə sərf etməyimə belə yüksək dəyər verildiyi üçün qürur duydum. O vaxt 15 respublikadan ibarət ümumi bir Vətən - vahid Sovet İttifaqı vardı. Azərbaycan qızı kimi müharibədə şücaət göstərərək, xalqıma alnıaçıq xidmət edərək Vətənimi layiqincə təmsil etdim. Bu sınaqdan üzüağ çıxdım. İkinci Dünya müharibəsi zamanı yaralılara ilk yardım göstərmişəm və azərbaycanlı olduğum üçün həmişə fəxr etmişəm.

Yaşasın Azərbaycan Respublikası. Yaşasın ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva. Yaşasın xalqım”.

Fatma Səttarova hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb. O, ümummilli lider Heydər Əliyevin veteranlara yüksək diqqət və qayğı siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya veteranlar adından dərin minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.