REGİONLAR


Zaqatala Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Zaqatala, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar yanvarın 19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Unudulmayan qan yaddaşımız” adlı tədbirdə səsləndirilib.

Çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər barədə danışıb, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyildir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir.

Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.