CƏMİYYƏT


Zaqatala rayonunda növbəti yeraltı təkanlar qeydə alınıb

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə - Zaqatala ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:00-da qeydə alınıb.

Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.