REGİONLAR


Zaqatalada koronavirus infeksiyası ilə bağlı maarifləndirmə tədbirləri onlayn videokonfransda müzakirə olunub

Zaqatala, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Zaqatala rayonunda ictimai maarifləndirmə tədbirləri davam etdirilir. Rayon Gənclər və İdman İdarəsinin və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində avqustun 7-də rayon gəncləri ilə “Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir” adlı onlayn videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın əvvəlində rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyevin “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” mövzusunda çıxışı dinlənilib. Qurum rəsmisi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların yerinə yetirilməsi nəticəsində son günlər koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Vətəndaşlar bundan arxayınlaşmamalı, koronavirusdan qorunma tədbirlərini pandemiya başa çatanadək davam etdirməlidirlər.

YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Məmmədov, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı İlkin Həbilov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Leyla Məmmədova çıxışlarında pandemiya ilə mübarizədə vətəndaşların üzərinə düşən vəzifələrdən bəhs ediblər. Bildirilib ki, şəxsi gigiyena qaydalarına düzgün riayət etmək, qapalı yerlərdə qoruyucu maskalar taxmaq, sosial məsafə saxlamaq koronavirusla mübarizədə ən səmərəli vasitələr hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.