DÜNYA


Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb

Kiyev, 22 mart, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə işgüzar səfəri zamanı ukraynalı müdafiəçilərin Baxmut istiqamətindəki mövqelərinə baş çəkib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.

Zelenski cəbhədəki vəziyyət və döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib. Prezident hərbçilərlə də söhbət edib və onlara Ukraynanı qoruduqlarına görə təşəkkürünü bildirib.

“Mən bu gün burada, dövlətimizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, təşəkkür etmək, əl sıxmaq şərəfinə nail oldum. Ukrayna dövlətini, onun suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, - deyə Zelenski əlavə edib.

İştirakçılar həlak olmuş müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Zelenski hərbçilərə dövlət mükafatlarını da təqdim edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.