REGİONLAR
Zərdab rayonunda bu günədək 13 min hektardan çox payızlıq taxıl əkilib
Zərdab, 21 noyabr, AZƏRTAC
Zərdab rayonunda payızlıq taxıl səpini kampaniyası davam edir və hələlik 13 min 346 hektarda əkin aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin aparılan sahələrin 8410 hektarı buğda, 4806 hektarı arpa, 130 hektarı isə xəsildir. Son günlər əlverişsiz keçən hava şəraiti əkinin gedişində fasilələr yaratsa da, taxılçılar bu mühüm kampaniyanın mütəşəkkil başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər. Hazırda sahələrdə 19 taxılsəpən texnika işləyir. Bir sıra ərazilərdə, o cümlədən Bəyimli qəsəbəsində 1460 hektarda, Çallıda 990 hektarda, Körpükəndə 950 hektarda, Alıcanlıda 945 hektarda əkin aparılıb ki, bu göstəricilər də ötən ildəkindən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]