Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zərərli qidalanma uşaqlarda ciddi sağlamlıq problemləri yaradır

Zərərli qidalanma uşaqlarda ciddi sağlamlıq problemləri yaradır

Bakı, 11 avqust, AZƏRTAC

Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar. Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır.

Qida Təhlükəsizliyi İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, uşaqlarda piylənmə hazırda geniş yayılan, ciddi sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq çəki və piylənməni sağlamlıq üçün risk yaradan anormal və ya həddindən artıq yağ yığılması hesab edir. Artıq çəkili uşaqlarda yetkinlik yaşlarında diabet və ürək-damar xəstəlikləri müşahidə edilir. Hətta artıq çəkili uşaqlarda astma tezliyinin daha yüksək olduğu da müəyyən edilib.

Piylənməyə bir çox faktorlar səbəb ola bilər. Onların arasında həddindən artıq və qeyri-düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin az olması daha geniş yayılmış amildir. Belə ki, qəbul edilən qida payının verdiyi enerji sərf edilən enerjidən çox olduqda piylənməyə yol açır. Ona görə də uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək, xüsusən də onlara zövq verən fiziki aktivliyi yüksəltmək vacibdir və bunun üçün hamılıqla dəstək və fəal olmaq lazımdır.

Uşaqlarda piylənməyə yol açan səbəblərdən biri də yemək vərdişlərindəki dəyişikliklərdir. Nizamsız yemək fasilələri, eləcə də yüksək enerjili, yağ, şəkər, duz tərkibli qəlyanaltılar, unlu qənnadı məmulatları, fastfud və digər ayaqüstü yeməklər uşaqların sağlamlıq səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki yüksək kalori tərkibinə baxmayaraq, ayaqüstü qidalar orqanizmin sağlamlığını dəstəkləmək və tələbatını ödəmək üçün faydalı deyil. Bu tip qidalar qeyri-sağlam qidalar hesab edilir və bilavasitə piylənmənin yaranma səbəblərindəndir. Uşaqları “asılı vəziyyətə” salan bu tip qidalar soyuq qazlı sularla birlikdə istehlak edilən zaman sağlamlıq üçün daha ciddi fəsadlara yol açır. Qida qəbulu ilə bağlı vərdişlərin dəyişməsi meyvə-tərəvəz istehlakının da azalmasına səbəb olur. Ayaqüstü yeməklərə meyillilik uşaqların fiziki və əqli sağlamlığı üçün olduqca vacib olan səhər yeməyini tədricən əvəz etməyə başlayır. Mütəxəssislərin fikrincə isə səhər yeməyi günün ən vacib qidasıdır. Çünki sağlam səhər yeməyi gün boyu uşaqların sərf edəcəyi enerjini artırır. Eyni zamanda, balanslı səhər yeməyi beyinin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına da kömək edir. Qeyd edək ki, qeyri-sağlam qidalanma, həyat tərzindən başqa genetik faktorlar və hormonlar da uşaqlarda piylənməyə yol aça bilər.

Səmərəli qidalanmanın ən vacib şərtlərindən biri də qida qəbulları arasındakı fasilənin gözlənməsidir. Qidanın yaxşı çeynənməsi də şərtdir. Bu tələblərə riayət olunmayanda uşaqlarda həzm prosesi pozulur, orqanizmdə bir çox patoloji dəyişikliklərin yaranması üçün zəmin yaranır. Uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur. Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidir. Piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır.

Piylənmənin inkişafına yol açan mühüm amillərdən biri də körpələrin həyatının ilk illərindəki qidalanmasıdır. Araşdırmalara əsasən, ana südü ilə qidalanan uşaqlarda piylənmə nisbətinin ana südü ilə qidalanmayan uşaqlara nisbətən daha az olduğu müəyyən edilib. ÜST və Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) tərəfindən nəşr olunan müxtəlif sənədlərdə qeyd olunur ki, körpələrin ilk 6 ay ana südü ilə qidalandırılması, 6 aydan sonra isə ana südü ilə birlikdə etibarlı, uyğun keyfiyyətli və tamamlayıcı qidaların verilməsi, eləcə də azı 2 il ana südü ilə qidalandırılması gələcəkdə piylənmə və xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Qeyri-düzgün qidalanma və onun fəsadları uşaqlarda yuxu problemlərinə də səbəb olur. Hətta araşdırmalar yuxu zamanı nəfəsin kəsilməsi və həddindən artıq xoruldama kimi problemlərin piylənmədən əziyyət çəkən uşaqlarda daha çox rast gəlindiyini göstərir. Bu da ürək-damar və sinir sistemində sağlamlıq problemlərinə səbəb olur. Eyni zamanda, belə uşaqlarda daim yorğunluq və konsentrasiyanın pozulması da müşahidə olunur. Uşaqların bir çoxu artıq çəkili olması səbəbindən ciddi psixoloji və sosial təzyiqə də məruz qalırlar. Bu da onlarda özünəinama mühüm təsir göstərir.

Sadalanan bu və ya digər xəstəliklərin qarşısını almaq üçün erkən yaşlardan uşaqların qidalanması düzgün təşkil olunmalıdır. Çünki balanslı və səmərəli qidalanma uşağın gələcəkdə sağlam həyat tərzinin təminatıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib