İDMAN


Zlatan İbrahimoviç İtaliya A Seriyasında 150-ci, karyerasında 400-cü qolu vurub

Bakı, 1 noyabr, AZƏRTAC

İtaliya A Seriyasının XI turunun ötən gecə oynanılan mərkəzi görüşü - “Roma” - “Milan” matçı milanlıların 40 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç üçün yeni rekordla əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, matçın 26-cı dəqiqəsində cərimə zərbəsindən vurduğu qolla oyunda hesabı açan futbolçu bununla İtaliya A Seriyasında 150-ci, karyerasında isə 400-cü dəfə fərqlənib.

Bu, Z.İbrahimoviçin həm də “Roma”nın qapısından keçirdiyi 14-cü qol olub. Futbolçu bu göstəriciyə 22 oyunda nail olub.

İsveçli futbolçu cari mövsümdə A Seriyasında keçirdiyi beş oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Olimpiko” stadionunda keçirilən oyun “Milan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Milanlıların ikinci qolunu 58-ci dəqiqədə Frank Kessye, “Roma”nın qolunu isə 90+3-cü dəqiqədə Stefan El-Şaravi vurublar. Bu qələbə sayəsində xal ehtiyatını 31-ə çatdıran “Milan” eyni xal toplayan “Napoli”dən sonra ikinci pillədə qərarlaşıb. “Roma” isə 19 xalla beşinci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.