ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşı leşyeyən quşların ekoloji qiymətləndirmə sistemini hazırlayıb

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Onurğalılar zoologiyası laboratoriyasının aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru Tahir Kərimovun zoologiya ixtisası üzrə doktorluq dissertasiyasının müdafiəsi keçirilib.

Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. “Azərbaycanda leşyeyən quşların (Aegypius monachus, Gyps fulvus, Neophron percnopterus, Gypaetus barbatus) yayılması, biologiyası və mühafizəsi” mövzusunu əhatə edən tədqiqat işində Azərbaycan ərazisində sistemli şəkildə etoloji parametrlərin kompleks şəkildə öyrənilməsi əsasında leşyeyən quşların ekoloji qiymətləndirmə sistemi hazırlanıb. Növlərin zoocoğrafi yayılma yerlərinə, landşaft-biotop uyğunlaşmasına, yemlənmə şəraitinə, say dinamikasına, nəsilvermə xüsusiyyətinə, limit amillərinə aid yeni orijinal məlumatlar toplanılıb. Onların populyasiyalarının inkişaf istiqamətləri müəyyən edilib.

İddiaçı dissertasiya şurası üzvlərinin suallarını cavablandırıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda şura üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.