ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşları Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar

Bakı, 22 iyun, AZƏRTAC

Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva, doktorantlar Leyla Həsənova və İlahə Kərimova Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində Şamaxı rayonunun ətrafında yerləşən taxıl əraziləri, həmçinin İsmayıllı rayonunun Qara-Qaya, Talıstan, Çəmənli kəndlərinin ərazilərindəki çəmənliklər, meşəətrafı sahələr, talalar müəyyən edilərək materiallar toplanıb. Alimlər mövzularına uyğun olaraq meşə siçanı və çöl siçanı növlərinə aid material toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.