İDMAN
Gələn il Formula-1 Avropa Qran-prisi iyunun 16-18-də keçirilə bilər
Bakı, 30 sentyabr, AZƏRTAC
Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, iclasda Formula-1 yarışlarının gələnilki mövsümünün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi, gələn il də təqvimdə 21 Qran-pri yer alıb. Amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ tam təsdiq edilməyib.
Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə yenisi arasında bəzi dəyişikliklər var. Çin Qran-prisi mövsümün ilk yarışından bir həftə deyil, iki həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran-prilərinin də vaxtları dəyişib. Meksika Qran-prisi isə bu dəfə Braziliya Qran-prisi ilə qoşalaşıb.
Bakıda keçiriləcək Avropa Qran-prisi yenə də Kanadadakı yarışdan bir həftə sonraya nəzərdə tutulub. Həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.
Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq.
Tarix |
Qran Pri |
Şəhər, tras |
24-26 mart |
Avstraliya |
Melburn, Albert Park |
7-9 aprel |
Çin |
Şanxay |
14-16 aprel |
Bəhreyn |
Saxir |
28-30 aprel |
Rusiya |
Soçi |
12-14 may |
İspaniya |
Barselona, Katalunya |
25-28 may |
Monako |
Monte Karlo |
9-11 iyun |
Kanada |
Monreal, Jil Vilnöv adına tras |
16-18 iyun |
Avropa |
Bakı, Bakı Şəhər Halqası |
30 iyun-2 iyul |
Avstriya |
Şpilberq, Red Bull Rinq |
7-9 iyul |
Böyük Britaniya |
Silverstoun |
21-23 iyul |
Macarıstan |
Budapeşt, Hunqarorinq |
28-30 iyul |
Almaniya |
Hokkenhaym, Hokkenhaymrinq |
25-27 avqust |
Belçika |
Spa |
1-3 sentyabr |
İtaliya |
Montsa |
15-17 sentyabr |
Malayziya |
Kuala Lumpur, Sepanq |
29 sentyabr-1 oktyabr |
Sinqapur |
Sinqapur, Marina Bey |
6-8 oktyabr |
Yaponiya |
Suzuka |
20-22 oktyabr |
ABŞ |
Ostin |
3-5 noyabr |
Meksika |
Mexiko, Rodriges qardaşları adına tras |
10-12 noyabr |
Braziliya |
San Paulu, İnterlaqos |
24-26 noyabr |
Əbu Dabi |
Əbu Dabi, Yas Marina |