İQTİSADİYYAT
® “Milla” süd markası şəhid və qazi ailələri üçün maarifləndirici və əyləncəli tur təşkil edib.
“AZFPCO” MMC-ə məxsus “Milla” süd markası zaman-zaman süd emalı zavoduna məktəblilər və digər qurumlardan olan qonaqlar üçün tur təşkil edir. Bu dəfə isə daha iri miqyaslı layihə həyata keçirməyə qərar verib. Bu dəfəki layihə xalqımız üçün əziz və dəyərli, eyni zamanda dövlətimizin hər zaman qayğı göstərdiyi və diqqət mərkəzində saxladığı şəhid və qazi ailələrinə həsr edilib. Layihənin məqsədi şəhid və qazi ailələrini daima gündəmdə saxlamaq, qonaqları maarifləndirmək və onlar üçün əyləncəli tədbir həyata keçirməkdən ibarət idi.
Belə ki, qonaqlar üç hissədən ibarət turda iştirak ediblər. Əvvəlcə, onlar “Milla” süd emalı zavodunu ziyarət edərək “Milla” məhsullarının necə hazırlandığının şahidi olub. Qonaqlarımız “Milla” zavod ziyarətindən sonra Qəbələ rayonunda yerləşən “Qəbələ Ovcullu” fermasını ziyarət edib. Orada onlar “Milla” süd məhsullarının əsas xammalı olan südün mənbəyi ilə tanış olublar. Daha sonra qonaqlar Qəbələdə yerləşən 5 ulduzlu “Qafqaz Riverside Resort” otelində 2 günlük faydalı və əyləncəli tədbir proqramında iştirak etməklə, həm həvəsləndirici, həm də öyrədici təlimə qatılıb, sonra isə müxtəlif oyunlarda iştirak edərək əyləncəli vaxt keçiriblər.
Yekunda “Milla” markası şəhid və qazi övladlarına turda iştirak etdikləri üçün xüsusi sertifikat və hədiyyələr verib.
Balaca qonaqlar da öz növbəsində, “Milla”ya təşəkkür nişanəsi olaraq çox dəyərli rəsm işlərini xatirə olaraq hədiyyə ediblər.
“AZFPCO” MMC şəhid və qazi ailələrini diqqətdə saxladığını, bu və digər formatda layihələrin davamlı olacağını bildirib.
Qeyd edək ki, “AZFPCO” MMC “Milla” markasına məxsus süd, ayran, qatıq, pendir, xama, yoğurt, kefir, dondurma və digər süd məhsullarının ən böyük yerli istehsalçısıdır. Şirkətin fəaliyyətini https://www.facebook.com/milla.azerbaijan sosial şəbəkəsindən izləyə bilərsiniz.
Tərkibində sevgi var!