Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

® Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədir

Müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilini geridə qoyduq. Silahlı Qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrilib. Xalqımız yumruq kimi birləşərək, şanlı Qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa olub. Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri”nin xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. “Azercell” əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.

“Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyi ilə ölkə üzrə ümumilikdə 500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub.

Gələcəyimiz olan körpələrimiz 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də “Azercell”in könüllülər tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.

“Azercell” könüllüləri uşaqlarla yanaşı, Vətən müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.

Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daim təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər.

Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək olub. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək “Azercell könüllüləri” üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. “Azercell könüllüləri” keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək