İQTİSADİYYAT
® “AtaBank”dan 3 kampaniya bir arada!
"AtaBank" ASC öz müştərilərini Dubaydakı Şopinq Festivalına dəvət edir!
Kampaniya çərçivəsində "AtaBank"ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar.
Dubay Şopinq Festivalı gələn il fevralın 2-dək davam edəcək.
Bəs Dubaya yollanacaqsınızsa, alış-veriş üçün hansı kartı götürəcəksiniz?
Heç düşünməyin. Çünki plastik kartı "AtaBank" sizə "VİZA göstər, VISA al" kampaniyası çərçivəsində hədiyyə edəcək.
Dubaya səyahət imkanını da "AtaBank" təqdim edir. Bunun üçün dekabrın 28-dək "25-ci il əmanəti" kampaniyası çərçivəsində əmanət yerləşdirməyiniz kifayətdir.
Pulsuz VISA kartı, xaricə səyahət və Şopinq Festivalında endirim və güzəşt dolu Yeni il. Fürsətləri qaçırmayın!
“WhatsApp” istifadəçiləri "AtaBank"ın “WhatsApp” əlavəsinə bağlı olan 050 999 91 36 telefon nömrəsinə yazaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.