İQTİSADİYYAT
® Azərbaycanda ilk dəfə! "Rabitəbank" "Facebook"dan çıxmadan kredit və plastik kart sifarişini elan etdi
Dünya rəqəmsallaşır, insanlar üçün demək olar ki, bütün xidmətlər getdikcə daha rahat və əlçatan olur. Son dövrlərdə bank sektorunda dinamik inkişaf və aktiv fəaliyyət göstərən "Rabitəbank" isə gətirdiyi daha bir yenilik ilə öz iddiasını ortaya qoyur: Artıq bütün müştərilər "Facebook"dan çıxmadan, "Messenger" vasitəsilə "Rabitəbank"a kredit müraciəti, plastik kart sifarişi edə bilirlər! Bunun üçün isə cəmi 25 saniyə kifayət edir.
Proses belə baş verir: Müştəri "Rabitəbank"ın rəsmi "Facebook" səhifəsinə yazan kimi "Rabitabot" işə düşür, müştəriyə xidmətlər menyusunu təqdim edir, menyudan maraqlı olduğu xidməti seçən müştəriyə isə sadəcə klikləmək və bəzi məlumatları qeyd etmək qalır – sanki öz dostu ilə mesajlaşırmış kimi keçən 25 saniyə ərzində müştərinin bütün istəkləri qeyd olunur, məlumatlar dərhal müştəri xidmətləri və digər bütün aidiyyəti departamentlərə göndərilir, konsultantlar isə ən qısa zaman ərzində müştəri ilə əlaqə saxlayırlar və xoşbəxt sonluq baş tutur: müştəri "Facebook"dan çıxmadan, heç bir əziyyət çəkmədən kredit müraciəti və ya plastik kart sifarişi etmiş olur.
Düşünürük ki, bu qədər oxumaq kifayətdir, real olaraq yoxlamaq daha yaxşıdır. Buyurun, özünüz test edin: https://m.me/rabitabank .