ELM VƏ TƏHSİL
® “Azercell” Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub
Azərbaycanın rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur. 41 ölkədə 350 min gənci birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından biri olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Cənub-Şərqi Avropa Platformasının noyabrın 3-də ADA Universitetində baş tutan bağlanış mərasimi bu tədbirlər sırasındadır. On ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin beynəlxalq bölməsindən olan təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan “Azercell” tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri təqdim edilib.
Cənub-Şərqi Avropa Platforması hər il təşkil olunan 5 regional tədbirdən biridir. Bu tədbirdə müvafiq bölgənin yerli bölmələrindən olan ETŞ üzvlərinin görüşü təşkil olunur, üzvlər arasında məlumat və ən yaxşı təcrübə mübadiləsi aparılır, habelə beynəlxalq səviyyədə məlumat əldə edilir.
“Azercell” ilə yanaşı, "Zeytun Bağları", "Rabitəbank", “Azərbaycan Turizm Bürosu", "Responsible Party" və “AGL” tədbirin sponsorları və tərəfdaşları sırasında yer alıb.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.