CƏMİYYƏT


® “Azercell”in mobil klinikalarında 10 mindən çox insan müayinə edilib

Hər il oktyabr ayının ikinci cümə axşamı “Ümumdünya Görmə Günü” kimi qeyd olunur. Bu günün təqvimdə xüsusi yer almasında məqsəd görmə zəifliyi və gözdən əlilliklə bağlı bir çox vacib məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. “Azercell Telekom” MMC öz fəaliyyətində sosial layihələrə xüsusi yer ayıran, hər zaman maraqlı təşəbbüslərlə çıxış edən bir şirkət kimi tanınır. “Azercell” tərəfindən 2011-ci il iyunun 1-də “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə yaradılan “Mobil Göz Klinikası” şirkətin sosial əhəmiyyətli layihələri sırasındadır. Klinika valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını həyata keçirmək məqsədilə fəaliyyətə başlasa da, aztəminatlı ailələrə, yaşlılara, qaçqın və məcburi köçkünlərə də yardım göstərir. Uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell” 2009-cu ildə yaratdığı “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Hər iki klinika fəaliyyətləri boyunca 10 mindən çox insanı müayinədən keçirib.

Xatırladaq ki, fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan və texnoloji aləmin ən son trendlərini abunəçiləri üçün daha da əlçatan edən “Azercell Telekom” MMC cari ilin iyul-avqust ayları ərzində respublikamızın 30-dək bölgəsində səfərdə olub. Layihəyə qoşulan “Azercell”in “Mobil Göz” və “Mobil Diş” klinikaları bu müddət ərzində 350-dən çox insana ödənişsiz tibbi yardım göstərib.

Məlumat üçün bildirək ki, bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.