İQTİSADİYYAT


® “Azpetrol” bir çox YDM-lərində elektrik doldurma stansiyaları istifadəyə verib

Respublikamızda geniş yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik olan “Azpetrol” şirkəti elektromobillərin enerji ilə doldurulmasında da liderlik edir

2015-ci ildə qəbul edilən Paris BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını imzalayan tərəflərdən biri kimi Azərbaycan hökuməti də elektromobillərin istifadəsinin təşviqi istiqamətində işlər görməyə başlayıb.

Belə ki, “GreenCar” MMC, Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində geniş miqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb. Layihələr çərçivəsində elektromobillərlə bağlı ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi və ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək vermək nəzərdə tutulur. O cümlədən, layihə çərçivəsində elektromobillər və elektriklə çalışan digər nəqliyyat vasitələri də Azərbaycana gətirilib.

Bunları nəzərə alan “Azpetrol” şirkəti də bu sahədə uğurlu addımlar ataraq elektromobil sahiblərinə töhfə olaraq özünün bir çox YDM-lərində elektrik doldurma (elektrik yükləmə) stansiyalarını istifadəyə verib.

Belə ki, “Azpetrol” brendi ilə fəaliyyət göstərən “H.Əliyev prospekti 105”, “H.Əliyev prospekti 108”, “K.Marks”, “Spartak”, “Mayak”, “Mayak-2”, “Babək”, “Nobel”, “Gənclik”, “Mərdəkan”, “Qələbə”, ”Sumqayıt-1”, “Ələt” və “Salyan-2” yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün “ABB” şirkətinin İtaliya istehsalı olan “Terra-54” modelli 14 ədəd aparat quraşdırılıb. Dünyanın ən yaxşı yenilənmiş versiyası olan “Terra-54” çox standartlı DC sürətli enerji doldurma stansiyasıdır (cihazıdır). “Terra-54” artan elektrikli vasitə akkumulyatorun tutumunu dəstəkləyir və 200-500 V DC-da 50 kVt fasiləsiz doldurma təmin edir.

“Terra-54” elektromobilin batareyasını 20-25 dəqiqə ərzində tam doldurmağa imkan verir. Onu da qeyd edək ki, doldurulma müddəti elektromobillərin markasından asılı olaraq dəyişir.

Avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, yuxarıda adı çəkilən “Azpetrol”un YDM-lərində elektromobillərə göstərilən xidmət pulsuzdur.

Bundan əlavə, “Azpetrol” şirkəti yaxın gələcəkdə daha iki – “Kürdəmir Asan” və “Şamaxı Asan” YDM-lərində də elektromobillər üçün yükləmə stansiyalarını istismara verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.