İQTİSADİYYAT


® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 92-yə çatdırıb

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.

“Azpetrol” şirkəti tələbatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1240-cı məhəllə ünvanında yerləşən “Nobel” qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi (QDM) yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və maye-qaz doldurma postu (LPG) yaradılıb.

Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 92-yə çatdırılıb.

Yenilənmiş “Nobel-2-YDM” ərazisində sürücülərə, həmçinin kafe, avtoyuma, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, maye-qaz postu (LPG) və elektromobillərin doldurulması xidmətləri də təklif olunur.

Qeyd edək ki, mövcud yanacaqdoldurma məntəqələrində aparılan işlər “Azpetrol” şirkətinin 25-illik yubileyi ərəfəsində həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 92 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur.

Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Azpetrol – Daim inkişafa doğru!

Əlaqə: 957

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.