İQTİSADİYYAT


® “Huawei Mate 20 Pro”dan “HiVision” imkanı

“Huawei” şirkəti “Mate 20 Pro” seriyasında süni intellekt texnologiyasının imkanlarını istifadə edib.

Dünyada ilk 7 nanometr mobil süni intellekt imkanlarına sahib 8 nüvəli “Kirin 980” prosessoru ilə təchiz olunmuş smartfon daha yüksək keyfiyyətli video və foto qrafika ilə yanaşı, süni intellekt əsaslı obyektin tanınması funksiyası – “HiVision” imkanını da təqdim edib.

“HiVision” ilə “Huawei Mate 20 Pro” cibdə gəzdirilən tam bir ensiklopediyadır. “HiVision” funksiyası şəkil əsasında obyektin axtarılıb tapılmasıdır. Şirkətin bildirdiyinə əsasən, bu funksiya hazırda 3 istiqamətdə dəstəklənir: qida, incəsənət və ərazinin tanınması.

Qeyd olunan imkanların reallaşması, informasiyanın alınması üçün şirkət müxtəlif bulud həlləri təchizatçıları ilə əməkdaşlıq edir. Məsələn, “HiVision” qidanı təyin edən, onun kalorisi və barəsində digər əlaqəli informasiyaları bildirən zaman bu informasiyaları müvafiq bazadan əldə edir.

“HiVision” real dünyada müxtəlif obyektləri tapmaq üçün süni intellekt imkanlarından istifadə edir. İstifadəçi bu funksiyadan hər hansı bir ərazi və ya incəsənət işi barəsində əlavə məlumat almaq üçün istifadə edə bilər. Həmçinin küçədə gördüyü əşya barədədə e-ticarət saytlarından həmin əşyanın qiymətini əldə edə bilər.

Qeyd edək ki, “HiVision” imkanları region və ölkədən asılı olaraq əldə olunmaya bilər.

“Huawei Mate 20 Pro” modelinin verdiyi imkanlar istifadəçilərin günü-gündən artan istəklərini təmin etməyə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.