İQTİSADİYYAT


® “Kapital Bank” daha 10 müştərinin aylıq kreditini ödəyib

Xəbər verdiyimiz kimi, “Kapital Bank” nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə aprelin 4-dən mayın 8-dək onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

Aprelin 21-də lotereyanın 2-ci tirajı keçirilib və daha 10 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – http://www.bit.ly/3Ka30.

Lotereya aksiyası hələ də davam edir. Aprelin 28-də və mayın 5-də keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. Mayın 12-də keçiriləcək son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 min AZN olmaqla bütün kredit məbləği “Kapital Bank” tərəfindən ödəniləcək. Lotereyada iştirakınızı yoxlamaq üçün – https://bit.ly/3j5W1.

Qeyd edək ki, əməkhaqqını “Kapital Bank” və ya digər banklardan alanlar 30 min manatadək nağd pul kreditini maksimum 60 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15 faizdən başlayır, nağdlaşma komissiyası isə 0 faiz təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, “Birbank” rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, “BirKart” sifarişi üçün – https://kbl.az/tkstcrd.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.