İQTİSADİYYAT


® “Rabitəbank”dan yeni kredit kampaniyası - “Payız marafonu”

Yeni mövsümə keçidlə əlaqədar “Rabitəbank” yeni kredit kampaniyası ilə hər kəsin ürəyini sevindirəcək.

Sentyabrın 10-dan başlayaraq oktyabrın 10-dək davam edəcək “Payız marafonu” adlı kampaniyada “Nağd pul” krediti məhsulu sərfəli şərtlərlə təqdim olunacaq. Kampaniya müddətində “Nağd pul” kredit məhsulu üzrə faiz dərəcəsi illik 15.5 faizədək endirilib. Kreditin maksimal məbləği 20000 AZN, zaminsiz isə 10000 AZN-dək təşkil edir. Üstəlik, kampaniya çərçivəsində güzəştli şərtlərlə krediti 12 və ya 24 aylıq deyil, maksimum 36 ayadək rəsmiləşdirmək mümkündür. Faizlərin aşağı olması və kreditin 36 ayadək ödəniş müddəti müştərilərə aylıq ödənişlərini maliyyə sıxıntısı keçirmədən rahatlıqla ödəmə imkanı verəcək.

“Payız marafonu”nda hər kəs qalibdir. Siz də bu marafona qoşulub, sərfəli kreditlə planlarınızı gerçəkləşdirmək üçün istənilən “Rabitəbank” filialına yaxınlaşa və ya banka gəlmədən məsafəli xidmətlər sayəsində krediti “www.rabitabank.com” saytından onlayn sifariş verə bilərsiniz. Ətraflı məlumat üçün bankın 133 nömrəli Çağrı mərkəzi xidmətinizdədir. 

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitabank Mobile” adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.