İQTİSADİYYAT
® Xanımlara sevgilərimizlə! VİDEO
“Rabitəbank” “Güc xanımlardadır” məhsuluna yeni imkanlar əlavə edərək ölkənin sahibkar xanımlarına dəstək olan bank kimi güclü xanımlarımızın yanındadır
Bu gün ölkəmizdə sahibkarlıq istiqamətində xanımların iştirakı gözə dəyəcək qədər hiss olunmağa başlayıb. Məhz onların baxışı bir çox fəaliyyət istiqamətlərinin yaranmasına və unikal şəkildə inkişafına təkan verir. Bütün bunların fonunda ölkə rəhbərliyinin sahibkarlığa dəstək istiqamətlərindən biri də qadın sahibkarlığını inkişaf etdirməkdir.
“Rabitəbank” da istehsalat, sənaye və xidmət, ticarət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkar olmaq istəyən xanımlarımızın gücünə güc qatmaq üçün maksimum 3 ay müddətinə güzəştlə, illik cəmi 14,9 faizlə, 36 ayadək, heç bir komissiya xərci olmadan 20001-1000000 manatadək sahibkarlıq krediti olan “Güc xanımlarda” məhsulunu təklif edir.
Sahibkar xanımlara ölkədə ən aşağı faiz və yüksək məbləğlə təklif etdiyimiz məhsulumuzun “Biz Kart” və yaxud “Lady debet”, internet bankçılıqdan pulsuz istifadə və birillik pulsuz POS-terminal ilə təmin olunma kimi imtiyazları da təqdim edirik.
Daha ətraflı məlumat üçün və sifariş üçün http://bit.ly/guc-xanimlarda-ya daxil ola bilərsiniz. Həmçinin siz “RabitabankBot”dan istifadə edərək “Telegram” və “Facebook Messenger” üzərindən #gücxanımlarda kreditinə onlayn müraciət edə bilərsiniz.
Ölkənin ilk müstəqil banklarında olan “Rabitəbank” 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xəttinə” aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.