İQTİSADİYYAT
® "Rabitəbank" dizaynerlər arasında müsabiqənin qaliblərini elan etdi!
"Rabitəbank" Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə "Azərbaycan tarixi" mövzusunda dizaynerlər arasında keçirdiyi müsabiqənin qaliblərini elan etdi.
Xatırladaq ki, may ayının 28-dək davam edən müsabiqədə həvəskar və peşəkar dizaynerlər ölkəmizin tarixini əks etdirəcək mövzuda plastik kart dizayn edərək təqdim ediblər.
"MasterCard" Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş müsabiqədə mükafat fondu 3000 AZN təşkil edir. Qaliblər "Like", "Pro" və "Master" nominasiyaları üzrə facebook istifadəçiləri və peşəkar münsiflər heyəti tərəfindən seçilib. "Like" nominasiyası üzrə qalib "Rabitəbank"ın rəsmi facebook səhifəsində ən çox "bəyən" sayı toplayan - Sərxan Surxayev, "Pro" nominasiyası üzrə qalib - Rəşid Allahquluyev, müsabiqənin münsif heyəti tərəfindən seçilib, "Master" nominasiyası üzrə qalib - Zakir Mustafayev "MasterCard"ın Azərbaycan nümayəndəliyi və "Rabitəbank" tərəfindən müəyyən edilib. Münsiflər heyəti qismində JİS Reklam agentliyinin rəhbəri Ceyhun İmanov, məşhur fotoqraf, "My Azerbaijan" layihəsinin təsisçisi Orxan Aslanov və "Rabitəbank"ın Marketinq departamentinin direktoru Elmir Əliyev çıxış ediblər.
"Rabitəbank"ın baş ofisində keçirilmiş mükafatlandırılma mərasimi zamanı bankın İdarə Heyətinin sədri Elçin Qədimov qaliblərə bu müsabiqəyə yaradıcı yanaşdıqlarına və fəal iştirak etdiklərinə görə dərin təşəkkürünü bildirib, onlara 1000 AZN balanslı "MasterCard Black Edition" pul mükafatını və digər dəyərli hədiyyələri təqdim edib.
Xatırladaq ki, "Rabitəbank"ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma-kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.
25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 25 satış nöqtəsi, 60-dək ATM-ləri ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi "Facebook" səhifəsinə yönləndirə bilərsiniz.