İQTİSADİYYAT
® “Kapital Bank”dan gənclərə komissiyasız kredit
“Kapital Bank” 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Müştərilər filiallara müraciət etməklə illik faiz dərəcəsi 18 faizdən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilərlər. Aksiya çərçivəsində kredit götürənlərə “BirKart” hədiyyə olunacaq. Yaşı 35-dək olan müştərilərdən komissiya haqqı tutulmur. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya fevralın 28-dək keçirilir.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300–20 min manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı: www.kapitalbank.az/loans/cash?hl=az.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.