Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva: Etdiyimiz gözəl əməllər bizə geri qayıdır

®  “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva: Etdiyimiz gözəl əməllər bizə geri qayıdır

2019-cu ilin sonlarında “Kapital Bank”ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini fond olaraq davam etdirən “Qırmızı Ürəklər” ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. “Qırmızı Ürəklər” Fondu “Tarix yazan qəhrəmanlar”, “Vətən Bağı”, “Hər şey mümkündür” və bir sıra digər sosial layihələri keçirməklə yanaşı, şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir. “Qırmızı Ürəklər” və onun gördüyü işlər barədə məlumat almaq üçün Fondun prezidenti Sevda Haqverdiyevadan müsahibə aldıq.

- Sevda xanım, “Qırmızı Ürəklər” Fondu necə yarandı?

- “Qırmızı Ürəklər” 2019-cu ilin dekabr ayında “Kapital Bank”ın 49 əməkdaşından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. İlk dönəmdə qrupun əsas məqsədi uşaq evlərini ziyarət etmək, uşaqlar üçün rəsm, mütaliə və əl işlərinə dair master-klaslar keçirmək idi. COVID-19 virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində “Qırmızı Ürəklər” artıq bütün ölkə üzrə aztəminatlı ailələrə, ehtiyacı olan insanlara ərzaq yardımı etməyə başladı. 2020-ci ilin yay aylarında Tovuz rayonu istiqamətində cəbhədə yaranan gərginlik zamanı orada hərbi qulluq keçən igidlərimizə ilk dəfə “əsgər payı” göndərildi. Vətən müharibəsi dövründə “Qırmızı Ürəklər”in sıralarına bankın əməkdaşları ilə yanaşı, digər vətəndaşlar və xaricdə yaşayan həmyerlilərimiz də qoşuldu. Beləliklə könüllülərin sayı 200-ü keçdi. Müharibə zamanı bütün qaynar nöqtələrə “əsgər payı” göndərilirdi, həmçinin 1500-dən çox əsgər ailəsi ziyarət olundu, müalicədən tutmuş müharibə iştirakçılarının evlərində təmir-tikinti işlərinə qədər hər cür maddi və mənəvi yardım göstərildi. Fəaliyyətini xeyli genişləndirən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də “Qırmızı Ürəklər” Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı.

- Sizcə, insanları könüllü olmağa sövq edən ən vacib amillər hansılardır?

- Başqalarına kömək etmək və faydalı olmaq insanlara gələcəyə, yaxşılığa inam hissini bəxş edir. Könüllülük fəaliyyəti yeni mühit və yeni dostluqlar gətirir. Komandalar və fərdlər arasında harmoniya yaradır. Könüllülük fəaliyyəti Azərbaycan cəmiyyəti üçün əslində, heç də yenilik deyil. Yardımsevərlik, ehtiyacı olana təmənnasız kömək göstərmək xalqımızın ruhundadır. Bu torpaqlarda yaşayan insanlar min illərdir ki, yardımsevərliyi bir dəyər kimi qoruyub, yaşadıb, nəsildən-nəslə ötürürlər.

Hazırda komandamızda 200-dən çox könüllü müxtəlif layihə və aksiyalar üzrə Fondun fəaliyyətinə töhfə verir. Həyata keçirdiyimiz xeyriyyə aksiyalarından sonra yüzlərlə xoş sözlər eşidirik. Könüllülərimiz “kaş ki, siz o gözlərdə olan sevinci görəydiniz” deyirlər. Məhz bu kimi sözlər könüllüləri öz istirahət vaxtlarını belə xeyirxah işlərə sərf etməyə sövq edir. Məşhur ingilis yazıçısı Luis Kerrolun bir sitatı var: “Həyatın ən vacib sirlərindən biri budur ki, etməli olduğumuz yeganə şeylər yalnız başqaları üçün etdiklərimizdir”.

Düşünürəm ki, həyatda kiməsə dəstək olmaqdan, dar günündə əl tutmaqdan gözəl heç nə ola bilməz.

- Bəs siz Fond olaraq nədən ilham alırsınız?

- Fond olaraq gördüyümüz işlərin nəticələrindən böyük məmnunluq hissi keçiririk. Nümunə olaraq bir hadisəni danışmaq istərdim. Vətən müharibəsindən sonra Fonda daxil olan müraciətlərin bəziləri qazilərimizin təhsil xərclərinin qarşılanması ilə bağlı idi. Təhsil xərclərinin ödənilməsinə dəstək olduğumuz qəhrəmanlarımızdan biri bu yaxınlarda mənim feysbuk səhifəmə yazdı. “O zaman çox çətin anımda mənə göstərdiyiniz dəstəyin həyatımda necə böyük bir dönüş nöqtəsi olduğunu təsvir edə bilmirəm. Elə həmin vaxtlar düşündüm ki, belə xeyirxah həmvətənlərimə görə canımı fəda etməyə dəyər. Gördüyünüz o xeyirxah işlər bəlkə də sizin üçün kiçik görünə bilər, lakin o toxunuşlarla insanların həyatına rəng qatıb, onları həyata tutunmağa sövq edirsiniz. Bunun isə ölçülə biləcək dəyəri, qiyməti yoxdur. Hazırda mən Vətən müharibəsi qəhrəmanı kimi Prezident təqaüdü alıram. Artıq mən də sizin ianəçilərinizin siyahısında olacağam. Çünki Fondun şəffaflığına və düzgünlüyünə inanıram”, - deyə mesajda bildirilirdi. Şəxsən tanımadığın, görüşmədiyin insanlardan bu cür xoş sözlər eşitmək bizləri ruhlandırır, həvəsləndirir və ilhamlandırır. Çox qürurverici bir haldır ki, nə vaxtsa yardım etdiyimiz insanlar indi Fondun fəaliyyətinə töhfə verməyə çalışırlar. Fondun şüarı lap yerinə düşür: “Etdiyimiz gözəl əməllər bizə geri qayıdır”.

- Hazırda Fond hansı istiqamətlər üzrə fəaliyyət göstərir və bu il hansı layihələri həyata keçirib?

- “Qırmızı Ürəklər” Fondu prioritet olaraq özünə 3 fəaliyyət istiqaməti seçib. “Cəmiyyət”, “Heyvanlar” və “Ətraf mühit”. Bu istiqamətlər üzrə Fond öz büdcəsi, Türkiyə, Rusiya, Almaniya, ABŞ, Avstraliya və digər ölkələrdən olan, həmçinin yerli donorlar və xeyirxah insanların ianələri hesabına daim müxtəlif layihələr və yardım aksiyaları həyata keçirir. 2022-ci ildə Fond “Vətən Bağı”, “Tarix yazan qəhrəmanlar”, “Hər şey mümkündür”, “Batareyaları təhvil ver, təbiəti qoru” layihələrini, Gənc Qan Donorlarının III Ümumrespublika Forumunu, ehtiyacı olan insanlara ərzaq yardımının göstərilməsi, aztəminatlı müharibə iştirakçılarının ailələrinin himayəyə edilməsi, “Campbell Biologiya” kitabının tərcümə olunması və digər təşəbbüsləri həyata keçirib. Aztəminatlı ailələrdən olan qızların təhsil alması istiqamətində bu il yeni layihəyə start verməyi planlaşdırırıq. Bu layihə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hacı Zeynalabdin Tağıyevin gözəl bir fikrini xatırlatmaq istərdim. O deyirdi ki, “bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Əminəm, bu layihə bizim ən uğurlu layihələrimizdən biri olacaq.

- “Qırmızı Ürəklər”in fəaliyyəti dövründə ən yadda qalan hadisələrdən birini danışa bilərsiniz?

- Əslində, yadda qalan anlar, hadisələr çoxdur. Lakin məni ən çox heyran edən 44 günlük müharibə dövründə könüllülərimizin 24/7 rejimdə, istirahət etmədən 1500 əsgər ailəsini ziyarət edib, onlara həm maddi, həm də mənəvi yardım göstərmələri oldu. Əsgərlərimiz ön cəbhədə vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən gözləri arxada qalmasın deyə “Qırmızı Ürəklər” onların ailələrinə dəstək olmağa çalışırdı. Elə könüllülərimiz var idi ki, tək başına 200 əsgər ailəsinə yardım çatdırmışdı. Ona görə də bu işdə əməyi olan könüllülərimizi “arxa cəbhənin qəhrəmanları” adlandırırıq. Xatırlayırsınızsa, o vaxtlar VPN belə işləmirdi. Biz isə edilən yardımların hesabatlarını donorlara təqdim etməli idik. Hesabatları göndərmək üçün könüllülərimiz digər rayona, qəsəbəyə, kəndə gedir, şəbəkə olan yeri tapır və hesabatları göndərirdilər. Çünki bizim fəaliyyətimizdə şəffaflıq və donora hesabatın dolğun təqdim edilməsi ən əsas amillərdən biridir.

- Sizcə, bu qədər insanın Fonda etimad göstərməsinin səbəbi nədir?

- İlk növbədə, şəffaflıq. Biz müharibədən öncə də təşəbbüs qrupu olaraq bankdaxili əməkdaşlar arasında vəsait toplayıb müxtəlif xeyriyyə aksiyaları həyata keçirdirdik. Həmin vaxtda belə hesabatları hamı ilə paylaşırdıq. Müharibə dövründə bizim fəaliyyətimiz artıq şirkət, ölkə daxilindən kənara çıxdı, Azərbaycanın hüdudlarını aşdı. Biz ianə edən hər bir şəxsə vəsaitinin hara xərcləndiyi ilə bağlı hesabat təqdim edirik. Bu da bizə olan etibarı, güvəni, inamı artırır. Bir məqamı da qeyd edim ki, insanlar fərqlidir və onların empatiya hissi də fərqlidir. Kimisi daha çox aztəminatlı ailələrə ərzaq yardımı etmək istəyir, kimisi təhsillə bağlı, kimisi heyvanlar, ekologiya ilə bağlı layihələrə öz töhfəsini verməyə çalışır. Bu səbəbdən biz Fondun fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən donorların arzularına, istəklərinə hörmətlə yanaşıb onlara seçim vermək üçün bir neçə istiqamət müəyyənləşdirmişik.

- Bəs “Qırmızı Ürəklər”ə necə dəstək göstərmək olar?

- Hər kəs Fondun veb-saytına (redhearts.az) daxil olaraq ianə edib bizim fəaliyyətimizə dəstək göstərə bilər. İanələri “Kapital Bank” terminalları, o cümlədən “Birbank” mobil tətbiqi vasitəsilə də etmək mümkündür. Digər terminallarda və tətbiqlərdə “Qırmızı Ürəklər”ə ianə etmək imkanının yaradılması üçün müvafiq addımlar atılır. Həmçinin Fondun veb-saytının “Əlaqə” bölməsindən təklif və rəyləri, könüllülük fəaliyyəti ilə bağlı müraciətləri bizə yönləndirmək olar. Verilən hər bir töhfə həyata keçirdiyimiz layihələr üçün olduqca vacibdir.

“Qırmızı Ürəklər” Fondunun 2022-ci ildə gördüyü işlərə dair videoçarx hazırlanıb: https://kbl.az/rhhesabat

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır