İQTİSADİYYAT
"Bank of Baku" şənbə və bazar günləri müştərilərin xidmətindədir
Bakı, 22 sentyabr, AZƏRTAC
"Bank of Baku" daxil olan müştəri müraciətlərinin sayını, həmçinin tələb və ehtiyacları nəzərə alaraq, artıq bir neçə müddətdir ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştəri məmnuniyyətinin artırılması məqsədilə bankın Bakı şəhərində fəaliyyət göstərən bütün filialları və bəzi region filialları bu həftənin şənbə və bazar günü müştərilərin xidmətində olacaq.
Belə ki, sentyabrın 23-də "Bank of Baku"nun "Azneft" filialı - saat 10:00-dan 21:00-dək (nahar fasiləsi 14:00-15:00), "Neftçilər" filialı saat 10:00-dan 19:00-dək (nahar fasiləsi 14:00-15:00), "Bakıxanov", "Əhmədli", "Yasamal", "Xırdalan", "Sumqayıt", "Həzi Aslanov", "Mərdəkan", "Mərkəz", "Nəsimi", "Səməd Vurğun", "Şirvan", "Yeni Gəncə" filialı və baş idarə saat 10:00-dan 14:00-dək nahar fasiləsi olmadan; sentyabrın 24-də isə "Azneft" filialı saat 11:00-dan 21:00-dək (nahar fasiləsi 15:00-16:00) fəaliyyət göstərəcək.
Müştərilər filiallarda həm nağd pul krediti (restrukturizasiya daxil olmaqla) və "Bolkart" kredit və debet kartları əldə edə, həm də valyuta mübadiləsi və təcili pulköçürmə xidmətindən faydalana bilərlər.