İQTİSADİYYAT
"Dəmirbank"ın kreditorlarının tələblərinin qeydiyyat müddəti bir ay uzadılıb
Bakı, 8 mart, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "DəmirBank" ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 6 mart tarixli qərarına əsasən, ləğv prosesində olan "DəmirBank" ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb. Kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və məlumatları təqdim etməlidirlər.
Bankın kreditorları martın 6-dan 30 gün ərzində "DəmirBank" ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan "DəmirBank" ASC-nin "Əməliyyat idarəsi" filialı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]