MƏDƏNİYYƏT
"Golden Trailer Awards” - İlin ən yaxşı film treylerlərinin qısa siyahısı təqdim olunub

Bakı, 6 iyun, AZƏRTAC
İyunun 29-da Los-Ancelesdə təqdim olunacaq “İlin ən yaxşı film treylerləri” nominasiyası üzrə XXIII "Golden Trailer Awards” mükafatının namizəd filmləri açıqlanıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, mərasimdə təqdim olunan mükafatlar iki saatlıq filmləri iki dəqiqəlik treylerlərə çevirmək tələbi qoyulan yaradıcı qruplara veriləcək.
Bu siyahı üzrə ən çox qeyd edilən filmlər arasında “Qara pantera 2: Əbədi Vakanda”, “Forsaj 10”, “Zindan və əjdahalar: Oğrular arasında vicdan”, “Bıçaqları çıxarmaq 2”, “Yox” və “Oppenheimer” adlı ekran əsərləri yer alır. Televiziya serialları arasında isə liderlər "Ted Lasso", "Çox qəribə işlər" və "Eyni binada qətl" adlı seriallardır.