MƏDƏNİYYƏT
"Hər kitab öz oxucusunu tapmalıdır” adlı silsilə tədbirlər davam edir
Bakı, 11 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında nəzərdə tutulan "Hər kitab öz oxucusunu tapmalıdır” adlı silsilə tədbirlər çərçivəsində növbəti kitab təqdimatı keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi fondda olan sənədlərin elmi, tarixi, bədii dəyəri haqqında kitabxananın əməkdaşlarına ətraflı məlumat verməkdən ibarətdir.
Kitabxana Yusif Vəzir Çəmənzəminlinin 3 cilddə nəşr olunan “Seçilmiş əsərləri”ni, o cümlədən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanan və Mərkəzi Kitabxananın fonduna daxil olan “Yusif Vəzir Çəmənzəminli” (2017) adlı biblioqrafik göstəricinin təqdimatını edib.