İDMAN


"Judo Club 2012"nin üzvü Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanda cüdo idmanının inkişafına, idmanın bu növünün kütləviliyinin artırılmasına dəstək verən “Judo Club 2012" klubunun uğurları gündən-günə artır.

AZƏRTAC xəbər verir ki, Sloveniyanın Maribor şəhərində gənc cüdoçular arasında keçirilən Avropa birinciliyində uğur qazanan idmançılar arasında “Judo Club 2012"nin yetirmələri də var. Klubun yetirməsi Murad Fətiyev 73 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda Azərbaycanın digər təmsilçisi Hidayət Heydərov ilə qarşılaşıb.

Heyətində Murad Fətiyevin də çıxış etdiyi Azərbaycan millisi çempionatda komanda yarışında da birinci yeri tutub. Beləliklə, "Judo Club 2012"nin yetirməsi Vətənə 1 qızıl və 1 gümüş medalla qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimində "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov və idarə heyətinin üzvləri iştirak ediblər. Klubun rəhbərliyi uğurlu çıxışına görə Murad Fətiyevə mükafat təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.