REGİONLAR


"MKT İstehsalat Kommersiya" pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib

Orta məhsuldarlıq ötən ilin göstəricisi ilə müqayisədə 8 sentner çoxdur

Bakı, 30 noyabr, AZƏRTAC

"MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyəti pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, 1995-ci ildən fəaliyyətə başlayan MMC ölkənin pambıqçılıqla məşğul olan qabaqcıl rayonlarında (Ağcabədi, Ağdam, Ağdaş, Biləsuvar, Beyləqan, Bərdə, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, Tərtər, Goranboy, İmişli, Ucar, Yevlax, Zərdab) yeni pambıq sortlarının əkilməsi, məhsuldarlığın artması, əlverişli infrastrukturun yaradılması istiqamətində iş aparır.

Bu il yeni texnologiyanın tətbiqi sayəsində 45 min hektar sahədə, o cümlədən 8800 nəfərdən çox fermerə məxsus 40 min hektar və şirkətə məxsus 5 min hektarda pambıq becərilib. Sentyabrdan etibarən şirkət filial və xüsusi məntəqələrində pambıq qəbuluna başlayıb. Tədarük mövsümünün başlanmasından bəri 118 min tondan çox xam pambıq qəbul edilib. Mövsümün sonunadək filiallarda və pambıq qəbulu məntəqələrində 120 min tondan çox xam pambığın qəbulu gözlənilir. Bu isə 1 hektar üçün orta hesabla 26,7 sentner məhsuldarlıq deməkdir. Qeyd edək ki, bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 8 sentner çoxdur.

Fermerlərlə təşkil edilmiş qarşılıqlı işgüzar əlaqələr nəticəsində onlara bu günə qədər 36 milyon 600 min manat vəsait ödənilib ki, bu da hər hektara 914 manat qazanc deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.