İQTİSADİYYAT


"Made in Azerbaijan" brendi altında 2018-ci ilin 9 ayında 180 tədbir keçirib

Bakı, 31 oktyabr, AZƏRTAC

AZPROMO "Made in Azerbaijan" brendi altında 2018-ci ilin 9 ayında 180 tədbir keçirib. Onlardan 155-i Azərbaycanda, 25-i isə xaricdə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 31-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 9 aylıq fəaliyyətinə həsr olunan mətbuat konfransında AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

Həmçinin qeyd olunub ki, son 9 ay ərzində AZPROMO tərəfindən 9 təlim seminarı keçirilib. Seminarlar beynəlxalq bazarlara çıxış, ixrac olunan ərzaq mallarının sertifikatlaşması və digər mövzularda olub.

AZPROMO rəhbəri onu da əlavə edib ki, bu dövr ərzində Çində, Ukraynada, Latviya və Belarusda "Azərbaycan ticarət ev"ləri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.