İDMAN


"Mançester Siti" tarixində beşinci dəfə İngiltərə Superkubokunun qalibi olub

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 5-də İngiltərə Superkuboku uğrunda "Çelsi"-"Mançester Siti" komandaları üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, "Vembli" stadionunda keçirilən qarşılaşma Pep Qvardiolanın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı "Mançester Siti" klubu açıb. Belə ki, Fil Fodenin ötürməsini Kun Aguera dəqiq zərbə ilə qola çevirib- 0:1. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Matçın ikinci hissəsində hücumlarını artıran Mançester klubu hesab arasındakı fərqi artırıb. Oyunun 58-ci dəqiqəsində Bernardo Silvanın effektiv ötürməsi sahəsində Kun Agueranı qapıçı ilə təkbətək qalıb. Şansın əldən verməyən argentinalı hücumçu dublun rəsmiləşdirib - 0:2. Beləliklə, "Mançester Siti" yeni sezonda ilk kubokun qazanıb və tarixində beşinci dəfə İngiltərə Superkubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.