İQTİSADİYYAT
"Ailə"yə qoşul LCD TV qazan" lotereyası davam edir
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru “Ailə TV”-nin “Ailə”yə qoşul LCD TV qazan” lotereyası davam edir.
Müddətsiz olaraq həyata keçirilən lotereya bütün rəqəmsal yayım abunəçilərinə 10 LCD TV televizor qazanmaq imkanı verir. Lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma CAM modul vasitəsilə qoşulan abunəçilər iştirak edirlər.
Lotereyanın şərtlərinə əsasən, davamlı olaraq hər il keçiriləcək lotereyada hədiyyə qazanmayan abunəçilər növbəti tirajda iştirak edəcəklər. Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan “Smart card” nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.
Lotereya çərçivəsində ilk tiraj dekabrın 20-də “Ailə TV info” kanalında yayımlanacaqdır. Uduşlar “Ailə TV”-nin baş ofisində qaliblərə təqdim olunacaqdır. Lotereya hər bir abunəçi qalib olanadək davam edəcəkdir.