İQTİSADİYYAT
"Araz" və "SPAR" "Möhtəşəm 100 gün" lotereyasının 2-ci tirajına start verib
Bakı, 5 oktyabr, AZƏRTAC
"Araz" və "SPAR" marketlər şəbəkəsi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajına start verib.
Şəbəkədən AZƏRTAC-a bildiriblər ki, 2017-ci il yanvarın 8-dək keçiriləcək "Möhtəşəm 100 gün" lotereyası özünün hədiyyə fonduna görə bir ilkə imza atır. Uduşda Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, "KİA MOTORS"dan 4 ədəd avtomobil, "Türk hava yolları"ndan 10 ədəd 2 nəfərlik Bakı-İstanbul-Bakı bileti (biznes klass), "Dost Tech"dən 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan, 20 ədəd televizor, 20 ədəd notebook, 30 ədəd planşet, 60 ədəd tozsoran, 70 ədəd şirəçəkən və 60 ədəd ətçəkən oynanılacaq.
Qeyd edək ki, "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə, 1 oktyabr-8 yanvar tarixləri aralığında "Araz" və “SPAR” marketlər şəbəkələrində 20 manatlıq alış-veriş edən hər müştəri bir ədəd kupon-lotereya qazanır. "SPAR" və "Araz"ın hər bir müştərisi marketdə yerləşən müştəri məlumat mərkəzinə və ya kassirə yaxınlaşaraq ödənişsiz "Bonuskart" da əldə edə bilər. "Bonuskart" vasitəsilə 20 manat və daha artıq alış-veriş edən hər kəsə ödəniş qəbzindəki məbləğin hər 20 manatı müqabilində bir lotereya bileti veriləcək.
Müştərinin alış-verişdə neçə ədəd lotereya bileti qazandığı qəbzin aşağı hissəsində göstəriləcək. Müştəri yalnız alış-veriş etdiyi gün əldə etdiyi lotereya biletləri ilə müştəri xidmətləri stendinə yaxınlaşmalıdır. Stendlər hər gün mağazalar açılandan bağlanana qədər - saat 08:00-dən 23:00-dək, "SPAR" 3-cü mikrorayon dairəsində isə saat 08:00-dan 00:00-dək çalışacaq.
Xatırladaq ki, uduş tirajı gələn il yanvarın 14-də saat 15:00-da Bakı "Fairmont Baku" otelində keçiriləcək.
Tirajın nəticələri www.arazmarket.com saytında elan ediləcək.