İDMAN
"Avrora Qrup"un baş sponsorluğu ilə keçirilən Zəfər Kubokunun qalibləri müəyyənləşib
İyunun 15-16-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun oyunları keçirilib.
"Avrora Qrup"un baş sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi ilə gerçəkləşən turnirin oyunları Qusar Olimpiya İdman Kompleksində keçirilib.
Altı komandada 42 jurnalistin iştirakı ilə baş tutan turnir gərgin oyunlarla yadda qalıb. Sonda komandalar arasında ən güclü “Şuşa” olub və kürsünün ən yüksək pilləsinə qalxıb.
Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.
Zəfər Kuboku oyunları:
15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2
"Xankəndi" - "Suqovuşan" - 0:2
"Füzuli" - "Xankəndi" - 0:2
B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2
"Zəngilan" - "Şuşa" - 0:2
"Kəlbəcər" - "Zəngilan" - 2:0
16 iyul
Yarımfinallar
10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2
11:00. "Xankəndi" - "Şuşa" - 0:2
3-cü yer uğrunda görüş
12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2
Final
13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0.